14 may 2024 13:11
381

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik- ATƏT sədri

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik.

“İki sahil” xəbər verir ki, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

ATƏT sədrinin sözlərinə görə, o, hər iki tərəfdən, nazirlərdən müsbət mesajlar eşidir:

“ATƏT hər iki ölkəyə qulaq asır. Biz yeni reallıqları qəbul etməliyik. Ümid edirik ki, tez zamanda tərəflər arasında hərətəfli və dayanıqlı sülh razılaşması əldə olunacaq”.