14 may 2024 13:37
394

Köç karvanı Şuşaya çatıb- YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan köç karvanı Şuşa şəhərinə çatıb.

“İki sahil” xəbər verir ki, Şuşada sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Şuşaya 38 ailə – 136 nəfər köçürülür. Bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülüb.