Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsənin Ucarda seçicilərlə növbəti görüşü olub.
“İki sahil” xəbər verir ki, Ucar rayon şəhid Sehran Salmanov adına Bağban kənd tam orta məktəbində baş tutan görüşdə Bağban, Təzə Şilyan, Yuxarı Şilyan, Boyat, Qazyan, Alpı kənd və Ucar şəhərindən olan seçicilər iştirak edib.
Görüşdə seçicilər Bağban kəndinin elektrik xətlərindəki problem, tam orta məktəbin əsaslı təmiri, işsizlik, sosial problemlərin həlli, müalicə, su və şirə arxlarının qazılması, internet xətlərinin çəkilişinin düzgün layihələndirilməsi, pensiya, əlillik təyinatı və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər.
Seçicilərin hər birinin arzu və istəkləri, qaldırmış olduqları məsələlərlə bağlı təklif və tələbləri deputat tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanması barədə tapşırıqlar verib.
Sonra deputat Ramil Həsən Bərgüşad kəndində şəhid Mehdili Niftalı Qnyaz oğlunun ad günü ilə əlaqədar keçirilmiş mərasimdə, həmçinin Boyat kəndində Birinci Qarabağ müharibəsi şəhidi Məmmədhüseyn Teymurovun atası Heydər Teymurovun yas mərasimində iştirak edib.
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO