16 may 2024 16:29
409

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri bu gün İsveçrədə görüşəcək

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bu gün erməni həmkarı Alen Simonyanla görüşəcək.

“İki sahil” xəbər verir ki, görüşün saat 20:30-da Cenevrədə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.