11 yanvar 2018 14:45
515

Koreyanın qərarı “Bitcoin”-i çökdürdü

Dünyada ən məşhur kriptovalyuta olan “Bitcoin”-in dəyəri azalaraq 13130 dollara düşüb. 

AzVision.az “CoinMarketCup”-a istinadən xəbər verir ki, “Bitcoin”-in dəyəri 8,7% ucuzlaşıb.

Qeyd edək ki, ötən gün Cənubi Koreyanın ədliyyə naziri Pak San Qi bəyan edib ki, hökumət ölkədə kriptovalyuta ilə ticarəti qadağa edən qanun layihəsi hazırlayır. Bu açıqlamadan sonra “Bitcoin”-in dəyəri düşməyə başlayıb. 

Nazirin sözlərinə görə, hökumət virtual valyuta ətrafındakı vəziyyətdən narahatdır. Cənubi Koreya “Bitcoin” və “Ethereum”un satışı üzrə ən böyük bazarlardandır.