16 may 2024 19:10
411

Azərbaycanla dərin əlaqələrimizin bütün sahələr üzrə inkişafını davam etdirəcəyik - Türkiyəli nazir

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İstanbulda Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə türkiyəli nazir rəsmi “X” sosial media hesabında bildirib.

Görüşdə ailə, qadın, uşaq və sosial xidmətlər sahələrində təcrübə mübadilələrinin yeni mərhələyə yüksəldilməsi istiqamətində fikir mübadiləsi apardıqlarını qeyd edən nazir yazıb: “Can Azərbaycan ilə dərin əlaqələrimizin bütün sahələr üzrə inkişafını davam etdirəcəyik”.