17 may 2024 00:12
475

Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında Cenevrədə qısa təkbətək söhbət olub.

“İki sahil”  Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə Alen Simonyanın mətbuat katibi Nelli Qulyan məlumat yayıb.

Xatırladaq ki, Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri arasında sonuncu görüş martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində keçirilib.