17 may 2024 11:12
371

Azərbaycan və Ermənistan parlament sədrləri Cenevrədə görüşüb, dialoqun davam etdirilməsi barədə razılığa gəliblər - YENİLƏNİB

Mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikinci görüşü keçirilib.

Milli Məclisdən "İki sahil"ə verilən məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.

Görüş konstruktiv atmosferdə keçib. Tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

***

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüb.

“İki sahil” xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyan arasında görüş Cenevrədə keçirilib.

Görüş parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclası çərçivəsində baş tutub.

Qeyd edək ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.