17 may 2024 12:14
391

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - YENİLƏNİB

Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı müzakirə olunub.

Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə edilib.

***

Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.

“İki sahil” xəbər verir ki, iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı müzakirə olunur.

Toplantıda Daxili İşlər Nazirliyinin nümayəndələri, komitə üzvləri iştirak edirlər.

Qeyd edək ki, məlumatı Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edəcək.