10 yanvar 2018 21:20
582

"Made in Azerbaijan" loqosunun təqdimatı olacaq

"Made in Azerbaijan" loqosunun təqdimatı olacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, təqdimat yanvarın 12-də İqtisadiyyat Nazirliyinin dəstəyi ilə AZPROMO tərəfindən təşkil olunan İxracatçılar Klubunun 2018-ci il üzrə ilk iclası çərçivəsində keçiriləcək.

Təqdimat Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli məhsulların xarici bazarlarda təşviqi istiqamətində görülən işlərin davamıdır.