18 may 2024 14:50
344

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

“Azerbaijan Coca-Cola Bottlers” brendi artıq uzun müddətdir ki, ölkəmizdə istehsalçı kimi fəaliyyət göstərir. Bu gün ikinci müəssisənin İsmayıllıda təməlinin qoyulması bu bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.

“İki sahil” xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azerbaijan Coca-Cola Bottlers”in İsmayıllıda yeni istehsal müəssisəsinin təməlqoyma mərasimində deyib.

Nazir bildirib ki, bu müəssisənin yaradılması yüz yeni iş yeri ilə məhdudlaşmır, burada həm də ekosistem formalaşdırılır, sərmayə iqtisadi fəallığı canlandırır.

“2021-ci ildə imzalanmış anlaşma memorandumuna əsasən bu gün şirkətin investisiyasını alqışlayırıq. Bu, Azərbaycanın investisiya mühitinə və bölgələrin sərmayələr üçün uyğun infrastruktura, insan kapitalına malik olmasını bir daha təsdiqləyir”, - deyə nazir əlavə edib.