18 may 2024 15:21
447

“Eurovision 2024” müsabiqəsinin niderlandlı iştirakçısı mühakimə oluna bilər

Yost Klyayn “Eurovision” zamanı baş vermiş insidentə görə İsveç məhkəməsində mühakimə oluna bilər.

“İki sahil” “NOS” telekanalına istinadən xəbər verir ki, buna səbəb Klyaynın razılığı olmadan onu videokamerada lentə alan qadın operatora qarşı qəbuledilməz jesti olub.

Hazırda Klyaynın vəkili müştərisinin heç kimi təhdid etmədiyini bildirib. Onun sözlərinə görə, ifaçı və təşkilatçılar Klyaynın səhnədə çıxışı zamanı video çəkilməyəcəyi barədə razılığa gəliblər.

Bu il qalibiyyətə əsas namizəd sayılan 26 yaşlı Niderland təmsilçisi Yost Klyayn finaldan bir neçə saat əvvəl diskvalifikasiya edilib. Bu, “Eurovision”un 68 illik tarixində görünməmiş bir hadisə olub.