18 may 2024 17:32
348

Azərbaycanda xalq-ordu birliyi əzəli və əbədidir

Cəlil Xəlilov: “Heç bir qüvvə bu birliyi poza, bu birliyə xələl gətirə bilməz”

“Azərbaycanda xalq-ordu birliyi əzəli və əbədidir və heç bir qüvvə bi birliyi poza, bu birliyə xələl gətirə bilməz”.

Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bütün çətin, həlledici anlarda ordu xalqın, xalq isə ordunun yanında olub, bir-birlərinə dəstək verib:

“Azərbaycan tarixinə nəzər salsaq görərik ki, ölkəmizdə hər zaman ordu ilə xalq arasında çox mühüm birlik, həmrəylik mövcud olub, bu həmrəylik taleyüklü məsələlərdə özünü bütün əzəməti ilə büruzə verib. Müstəqillik tariximizin bütün mərhələlərində - istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində biz bu birliyə şahid olmuşuq”.

Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqın ordu ilə sərgilədiyi həmrəylik bütün dünyada böyük marağa səbəb oldu, heyrətlə qarşılandı:

“44 günlük Vətən müharibəsində Azərbaycan xalqının orduya verdiyi dəstək, onunla sərgilədiyi həmrəylik bütün dünyanın heyrətiuə səbəb oldu. Nəinki gənc nəslin nümayəndələri, yeniyetmələrimiz, ahıllarımız belə orduya dəstək vermək, işğaldakı torpaqlarımızın azadlığına töhvə vermək üçün orduya yazılmağa çalışır, bunun üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə kütləvi müraciətlə ünvanlayırdı. İnsanlar pullarını, əmlaklarını orduya bağışlayır, ön və arxadakı hərbi birliklərə fasiləsiz yardımlar göndərirdi. Məhz bütün bu dəstəyin sayəsində ordu müharibənin hər bir anında xalqı öz yanında hiss etdi, xalqın sevgisindən qüvvət aldı”.

Cəlil Xəlilov bildirib ki, heç bir qüvvə xalq-ordu arasındakı bu birliyi poza bilməyəcək:

“Bu gün bəzi anti-milli qüvvələr, təxribatçı ünsürlər ölkəmizdə xalq-ordu birliyini pozmağa, bu birliyə kölgə salmağa çalışır. Lakin hər kəs bilməlidir ki, Azərbaycanda xalq-ordu birliyi möhkəm və əbədir. Heç kim bu birliyi poza, buna xələl gətirə bilməz.

Onu da qeyd edim ki, istər Ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən xalq-ordu birliyinin güclənməsi, bu birliyin daha da möhkəmlənməsi istiqamətində çox mühüm işlər görülüb. Məhz bu siyasətin nəticəsdir ki, bu gün xalq-ordu birliyi “Dəmir yumruq” qədər güclü və sarsılmazdır. Hər bir Azərbaycan vətəndaşı bu birliyin keşiyində durmalı, onu qoruyub saxlamaq, daha da möhkəmləndirmək üçün əlindən gələni əsirgəməməlidir.

Biz də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq xalq-ordu birliyini daim dqiqət mərkəzində saxlamaqda, gənclər, yeniyetmələr arasında bu istiqamətdə mühüm təbliğati işlər həyata keçirməkdəyik. Mən bu məsələdə Təşkilatımıza verdiyi dəstəyə, göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təşəkkür edirəm. İnanıram ki, biz yaxın gələcəkdə dövlət və cəmiyyət olaraq xalq-ordu birliyinin daha da güclənməsinə, mahiyyət etibarı ilə yeni bir mərhələyə yüksəlməsinə nail olacağıq”.