Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr ölkələrimizin xalqlarının mənafeyinə xidmət etməlidir. Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır.
“İki sahil” xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı İran Prezidenti Seyid İbrahim Rəisi söyləyib.
“Düşmənlər nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəmirlər. Düşünürük ki, Azərbaycanın inkişafı bizim də inkişafımızdır”, - deyə o əlavə edib.
Ceyhun Bayramov UNESCO-nun yeni Baş katibi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Prezident İlham Əliyev Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib