Azərbaycanın Qarabağ regionuna səfər etməyimə görə şad oldum.
“İki sahil” xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.
"Sizin gözəl ölkənizə səfər etmək mənim üçün çox xoşdur. Çox şadam ki, dünən bizim Latviya-Azərbaycan dostluq qrupunun sədri və Azərbaycan parlamentinin deputatları ilə birlikdə Qarabağa səfər etmək və Azərbaycan tarixindəki bu çox ciddi dəyişikliyin nəticələrini öz gözlərimizlə görmək imkanımız oldu. Biz Şuşa şəhərinə də səfər etdik", - o vurğulayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib