Türkiyə Prezidenti Rəcəb Ərdoğan İran Prezidenti vəzifələrini icra edən Məhəmməd Möhbərlə telefon danışığı aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, Prezident Ərdoğan danışıq zamanı İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə birlikdə heyət üzvlərinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib və səbr diləyib.
Türkiyənin bu ağrılı günlərdə İranın yanında olduğunu və İran xalqının kədərinə şərik olduğunu bildirən prezident Ərdoğan, Türkiyənin İranla qonşuluq və qardaşlıq münasibətlərini gələcəkdə də yerinə yetirməyə davam edəcəyini bildirib.