20 may 2024 21:54
239

Türkiyədə İran Prezidentinin faciəvi ölümü ilə əlaqədar birgünlük matəm elan edilib

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Türkiyədə birgünlük matəm elan edilib.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

“İran prezidentinin vəfatı ilə əlaqədar İran xalqı ilə dərin hüznünü bölüşmək üçün ölkəmizdə bir günlük matəm elan etmək qərarına gəldik”, - deyə Ərdoğan bildirib.