21 may 2024 12:41
323

İranın Azərbaycandakı səfirinin səlahiyyətlərinin icrası müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məriana tapşırılıb

İran Azərbaycana yeni səfir təyin edənə qədər onun səlahiyyətlərini müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Mərian icra edəcək.

Bu barədə “İki sahil” diplomatik mənbədən məlumat əldə edib.

Qeyd edək ki, İran səfiri Abbas Musəvinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb və ölkəsinə qayıdıb.