21 may 2024 13:09
178

Simonyan keşiş Baqratın siyasətlə məşğul olmasını qəbuledilməz hesab edir

Ermənistan parlamentinin spikeri Alen Simonyan din xadiminin siyasətlə məşğul olmasını qəbuledilməz hesab edir.

“İki sahil” Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu barədə arxiyepiskop Baqrat Qalstanyanın etiraz hərəkatını jurnalistlərə şərh edərkən deyib.

“Siyasət ticarətdir və İncil deyir: “Mənim atamın evini bazara çevirməyin!”. Sizcə biz beynəlxalq tərəfdaşlarla danışıqlar aparanda bu ticarət deyil? Koalisiya yaradırsansa, siyahı tərtib edirsən, bu özü sövdələşmədi. Və kilsə öz işini yarımçıq qoyub, indi bununla məşğuldur”, o deyib.