21 may 2024 17:01
256

Azərbaycandakı "Akıncı" PUA-sı İranda qəzaya düşmüş helikopterin axtarışı üçün hazır vəziyyətdə olub

Azərbaycandakı “Akıncı” pilotsuz uçuş aparatı İran Prezidentinin helikopterinin qəzaya uğradığı yerdə axtarışlar aparmaq üçün hazır vəziyyətdə olub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycandakı texniki heyəti buna hazır idi", - şirkət rəhbəri deyib.

O qeyd edib ki, ərazi şərtlərinin mürəkkəb olmasına baxmayaraq, “Akıncı” PUA-larının helikopteri tapmaqda rolu böyük olub. /APA/