Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəsmi "İnstagram" səhifəsind əpaylaşım edib.
"Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!", - paylaşımda deyilir.
Türkiyə Prezident Administrasiyasının rəsmisi Şuşadakı dəyişiklikləri yüksək qiymətləndirib
Kanada Siqh Federasiyasının prezidenti: Şuşa Qlobal Media Forumu açıq dialoqa və həqiqətin təşviqinə xidmət edir