Estoniya “Şimal-Cənub” nəqliyyat marşrutuna qoşula bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik deyib.
Estoniyanın Avropa İttifaqındakı nümayəndəliyinin illik yekunlarına toxunan İ.Kiverik Azərbaycanın Avropa istiqaməti və gündəmi təşkil edən strateji əməkdaşlıqla bağlı yeni sazişin imzalanması üzrə daha fəal işləməyə başladığını söyləyib.
İkitərəfli əlaqələrdən danışan İ.Kiverik nəqliyyat və logistika sahələrindəki imkanları xüsusilə qeyd edib: “Həm Azərbaycan, həm də Estoniya ticarət yollarının kəsişməsində yerləşir. Estoniya “Şimal-Cənub” nəqliyyat marşrutuna qoşula bilər. Estoniya Azərbaycan üçün Skandinaviya bazarına tramplindir”.