28 may 2024 11:17
418

Belçika Ukrayna göndərəcəyi F-16-ların sayını açıqladı

Belçika 2028-ci ilə qədər Ukraynaya 30 ədəd F-16 tədarük edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, qırıcıların ilk partiyası Ukraynaya bu il təhvil veriləcək.