25 dekabr 2017 18:28
736

Vergilər nazirinin yeni müşaviri təyin olunub

Camal Qasımov Azərbaycan vergilər nazirinin müşaviri təyin olunub.

Bu barədə hökumətdəki mənbə məlumat verib.

Daha əvvəl C.Qasımov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində işləyib.

Mənbənin məlumatına görə, nazirlikdə yaxın zamanlarda yeni kadr dəyişiklikləri istisna olunmur.