Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Küveytə başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.
"Küveytin Manqaf şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.
Bu çətin anda Azərbaycan qardaş və dost Küveyt dövlətinin yanındadır", - paylaşımda deyilir.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb