13 iyun 2024 12:42
181

Nikol Paşinyan: Qarabağ Azərbaycanın bir hissəsidir

Qarabağ Azərbaycanın bir hissəsidir və Ermənistan cəmiyyətində Qarabağın öz müqəddəratını təyinetmə və statusu anlayışı yanlış başa düşülürdü.

"İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə deyib.

“Qarabağ Azərbaycanın bir hissəsidir, lakin erməni reallığında bütün bunlar səhv başa düşülürdü, çünki Ermənistan ictimaiyyətinin 1996-cı ildən Lissabon sənədinə çıxışı yoxdur”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın klerikal-feodal elitası hakimiyyəti ələ keçirmək və saxlamaq üçün Ermənistan xalqını Qarabağla bağlı aldadıb və çaşdırıb: “Qarabağla bağlı bütün həqiqət məhz budur”.