15 iyun 2024 00:54
264

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsündə nə baş verib?

İstanbul Valiliyi məşhur 15 İyul Şəhidləri Körpüsü bağlanmasının səbəbini açıqlayıb.

“İki sahil” xəbər verir ki, buna səbəb bir şəxsin avtomobili ilə fərdi aksiya keçirmək cəhdi olub.

Daxili işlər naziri Əli Yerlikaya isə nəqliyyat vasitəsinin sürücüsü R. C. Ç. adlı şəxsin 1,5 ildir bipolyar pozuntusundan müalicə aldığını bildirib.

Əlavə olunub ki, həmin şəxslə danışıq aparılıb və o polisə təslim olub.