15 iyun 2024 09:05
219

Qətldə şübhəli bilinən şəxs saxlanılıb

Tərtər rayonunda 32 yaşlı Əliyev Abil Mətləb oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Araşdırma aparılır”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, ötən gün Tərtər rayonunda 1992-ci il təvəllüdlü kişi qətlə yetirilib.