Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq
Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib ki, qısamüddətli fasilələr dekabrın 22-də saat 12.00-dan 15.30-adək 110/10 kilovoltluq Masazır yarımstansiyasından qidalanacaq 10 kilovoltluq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədardır.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.