21 dekabr 2017 17:20
510

Anlaşma memorandumu imzalanıb

İnnovasiya Müsabiqəsinin hər il təşkilinə dair anlaşma memorandumu imzalanıb

Azərbaycanda innovasiya sahəsində fəaliyyətin davamlılığının təmin edilməsi, ideya və layihələrin toplanılması, qiymətləndirilməsi və mükafatlandırılması məqsədilə keçirilən İnnovasiya Müsabiqəsinin hər il təşkilinə dair birgə tədbirlərin əlaqələndirilməsi üçün İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu iqtisadiyyat naziri Şahin Mustafayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və AMEA-nın prezidenti Akif Əlizadə imzalayıblar.