20 iyun 2024 22:36
258

Aktyor 88 yaşında vəfat edib

Kanadalı aktyor Donald Sazerlend uzun sürən xəstəlikdən sonra 88 yaşında Mayamidə vəfat edib.

“İki sahil” xəbər verir ki, aktyorun ölümünə dair məlumatı iyunun 20-də oğlu Kifer Sazerlend sosial şəbəkə hesablarında paylaşıb.

“Atam Donald Sazerlendin vəfat etdiyinə dair məlumatı ürək ağrısı ilə sizinlə bölüşürəm. Şəxsən mən onu kino tarixinin ən önəmli aktyorlarından biri hesab edirəm”, - Kifer Sazerlend qeyd edib.

50 ildən çox davam edən kino karyerası ərzində Donald Sazerlend 140 film və serialda çəkilib. O, Emmi (1995) və Qızıl Qlobus (1996; 2003) mükafatlarının və fəxri Oskar laureatıdır.