21 iyun 2024 09:38
472

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” ikinci festival - konqres keçirilir

İyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqres iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

“İki sahil” NUHÇIXAN-a istinadən xəbər verir ki, Sonra qonaqlar muzeyin eksponantları ilə tanış olublar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq. Eyni zamanda Qərbi Azərbaycandan olan iki gəncin toyunun keçirilməsi nəzərdə tutulur.