21 iyun 2024 16:25
180

2020-2023-cü illərdə Azərbaycan avtomobil idxalına 4.3 milyard dollardan çox xərc çəkib

2020-2023-cü illərdə Azərbaycana ümumilikdə 4 milyard 321,3 milyon ABŞ dolları dəyərində 315 min 471 ədəd avtomobil idxal edilib.

“İki sahil” xəbər verir ki, 2020-2023-cü illərdə ölkəyə 154 milyon 723 min ABŞ dolları dəyərində 3915 ədəd yalnız elektrik mühərriki ilə işləyən avtomobil idxal edilib.

Qeyd edək ki, bu dövrlərdə idxal edilən elektromobillərin 79%-i və ya 3102 ədədi ölkəyə ötən il gətirilib.

Hesabat dövründə ölkəyə 371 milyon 234,6 min ABŞ dolları dəyərində 21 min 592 ədəd yük avtomobilləri idxal edilib.

Xatırladaq ki, cari ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 648 milyon 458 min ABŞ dolları dəyərində 35 min 570 ədəd avtomobil idxal edilib. Bu avtomobillərin 3335 ədədi yük avtomobilləri, 1250 ədədi isə elektromobillərdir.