21 iyun 2024 20:43
265

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyan rayonunda yol qəzası baş verib, xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki, hadisə axşam saatlarında Salyan şəhərindəki peşə liseyinin yaxınlığında baş verib.

İlkin məlumata əsasən, idarəetmədən çıxan minik avtomobili fərdi yaşayış evinə çırpılıb. Qəza nəticəsində dörd nəfərin yaralandığı bildirilir.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.