23 iyun 2024 13:59
215

Aİ: Ermənistan-Azərbaycan sərhədində atəşkəslə bağlı ikitərəfli mexanizm təklifi alqışlanmalıdır

Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifi alqışlanmalıdır.

“İki sahil” xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "X" səhifəsindəki paylaşımında yazıb.

"Aİ-nin Gürcüstandakı monitorinq missiyası 15 ilə yaxındır fəaliyyət göstərir və təcrübəsini bölüşməyə hazırdır", - o qeyd edib.