SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft və qaz texnologiyaları ixtisasının I kurs magistr tələbələri Aysel Novruzlu və Həqiqət Quluzadə Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil almaq imkanı əldə ediblər.

“İki sahil” xəbər verir ki, tələbələr 2024/2025-ci tədris ilini həmin universitetdə davam etdirəcəklər. BANM tarixində ilk dəfə olaraq magistratura səviyyəsində Portuqaliyanın Braqança Politexnik İnstitutundan tələbələr iki diplom alacaqlar. Bütün xərclər isə Erasmus+ proqramı çərçivəsində qarşılanacaq. Daha sonra onlar təhsillərini BANM-də davam etdirib, məzun olacaqlar.
Bununla yanaşı, hər iki tələbə ümumilikdə, 10140 avro məbləğinda qrant qazanıblar.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir