24 iyun 2024 17:50
314

YAP Kürdəmir rayon təşkilatı üzrə ərazi partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib

İyunun 24-də Kürdəmir rayon Heydər Əliyev Mərkəzində YAP Kürdəmir rayon təşkilatının “Aşıq Əhməd küçəsi 36” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov iştirak edibdir.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan fəal partiya üzvü, Kürdəmir rayon Mədəniyyət Mərkəzinin direktoru  Sevinc Həsənova  müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı  Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, təşkilat öz fəaliyyətini əsasən ölkə Prezidenti , Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.

Yığıncaqda  çıxış edən ərazi partiya təşkilatının üzvləri, Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb və  ölkəmizin qazandığı uğurlardan danışıblar. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.

Çıxışlardan sonra səsvermə keçirilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Sevinc Həsənova yekdil səslə ərazi partiya təşkilatının sədri, Valeh Feyzullayev  isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini  bəyan ediblər.

Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini   Elxan Qafarov   Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.

 “Aşıq Əhməd küçəsi 36” ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Kürdəmir  rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. Sonda, YAP Kürdəmir rayon təşkilatının sədr müavini   Elxan Qafarov   yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.