24 iyun 2024 19:51
278

Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının liderinin deportasiyası iğtişaşlara səbəb olub

Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri Kristian Teynanın Fransaya ekstradisiyasından sonra etirazlar davam edir.

“İki sahil” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, iyunun 24-də Teynanın Fransaya ekstradisiyasından sonra müstəqillik tərəfdarları polis maşınlarını yandırıb və yolları bağlayıblar.

Müstəqillik tərəfdarı, ən böyük siyasi təşkilat olan Kaledoniya İttifaqının sədri Daniel Qoa Teyna və daha altı partiya rəsmisinin deportasiya edilməsindən təəccübləndiyini söyləyib. O, Teyna və başqalarının zorakılıqda ittiham olunması iddiasını rədd edib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ötən ay Numeaya səfəri zamanı Teyna ilə görüşüb.