20 dekabr 2017 15:41
569

Ucarda 13 min 800 hektar payızlıq taxıl əkilib

Ucar rayonunda payızlıq taxıl səpini kampaniyası başa çatıb.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gələn ilin məhsulu üçün 13 min 797 hektar sahədə əkin aparılıb. Sahələrin 7282 hektarı buğda, qalanı isə arpadır. Yeni yaradılan aqroparkın, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb edilməsi hesabına payızlıq taxıl əkini ötən ildəkindən 1811 hektar çox olub. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Müsüslü, Yuxarı Şilyan, Bərgüşad, Qaziyan və bir sıra digər ərazi vahidlərində əkin kampaniyası daha mütəşəkkil aparılıb.