20 dekabr 2017 14:31
539

Tovuzda taxıl sahələri genişləndirilir

Kənd təsərrüfatı məhsullarının istehsalına dövlət dəstəyi tovuzlu fermerlərin də bu sahəyə marağını artırıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, taxılçılıqla məşğul olan sahibkarlar indiyədək 24 min 140 hektar sahədə şum çıxarıblar. İndiyədək şum çıxarılan sahələrin 18639 hektarına buğda, 1041 hektarına isə arpa əkilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə şumlanmış və taxıl əkilən sahələr xeyli artırılıb.

Qeyd edək ki, cari ildə 20 min 376 hektar taxıl sahəsində biçin aparan fermerlər 65 min 204 ton məhsul istehsal ediblər.