27 iyun 2024 15:04
423

Bill Kobbs vəfat etdi

Məşhur amerikalı aktyor Bill Kobbs vəfat edib.

“İki sahil” xəbər verir ki, aktyor 90 yaşında Kaliforniyadakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Kobbs 120-yə yaxın ekran işində çəkilib. O, karyerasına 1974-cü ildə "The Pelham Train Takeover" adlı döyüş filmi ilə başlayıb. Aktyor  “Onlar yer dəyişdirdilər”, “Pambıq klubu”, "Mühafizə", "Muzeydə gecə", “Ulduz yolu: Müəssisə” kimi filmlərdə oynayıb.