28 iyun 2024 08:04
155

Samuxda çəkisi 16 kq olan 35 ədəd narkotik xassəli çətənə kolları aşkarlanıb

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Rüstəm Qurbanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada yetişdirilən 35 ədəd çəkisi 16 kq olan narkotik xassəli çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.