28 iyun 2024 08:37
140

Paytax yollarındakı vəziyyət açıqlandı

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur.

“İki sahil” xəbər verir ki, hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.