28 iyun 2024 11:59
177

Siyavuş Novruzov: Vaxtilə Zəngəzur dəhlizinin açılmasına mane olanlar ölkəmizə gələrək bizə dəstək göstərirlər

Vaxtı ilə Zəngəzur dəhlizinin açılmasına, sülhə mane olanlar Azərbaycan Prezidenti İlham Əliyevin Orta Asiya ilə bağlı apardığı siyasətin nəticəsində ölkəmizə gələrək bizə dəstək olurlar.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası üzrə iyunun 28-də keçirilən sonuncu plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistana silah ötürən və pul yardımı edənlər bu gün Azərbaycanın hüquqlarının konqresdə müdafiə olunmasını tələb edirlər: “Bax budur aparılan sabit, qətiyyətli və dözümlü siyasətin nəticəsi. Budur tərpənən layların yerinə qoyulması. Azərbaycanın müxtəlif ölkələrlə imzaladığı müqavilələr bir daha onu göstərir ki, hələ bunlar düşünənə qədər Azərbaycan Prezidenti artıq bu işləri çoxdan düşünüb”.