19 dekabr 2017 16:56
635

2018-ci il iqtisadi inkişaf ili kimi tarixə düşəcək

Azərbaycanda islahatlar artıq dönməz xarakter alıb və bu, Dünya Bankı, eləcə də Beynəlxalq Valyuta Fondunun hesabatlarında öz əksini tapıb. 2017-ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 19-da Xəzər Universitetində “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı vurğulayıb ki, tədris ili başlayandan etibarən bu mövzuda Azərbaycandakı 10 universitetdə belə görüşlər təşkil olunub.

Universitetin dekanı Ceyhun Məmmədov isə deyib: “Azərbaycanda qeyri-neft sektorunun və ixracın şaxələnməsi üçün insan kapitalının inkişafında Strateji Yol xəritələrinin rolu böyükdür. Xəzər Universitetində bu mühazirənin təşkil olunması, ölkədə aparılan islahatlar barədə ətraflı məlumatın təqdim edilməsi, gənclərin maarifləndirilməsi baxımından çox əhəmiyyətlidir”.