28 iyun 2024 17:01
153

Dövlət katibinin köməkçisi: ABŞ və Azərbaycan arasında bir çox sahələrdə tərəfdaşlıq qurulub

ABŞ və Azərbaycan bir çox sahələrdə tərəfdaşlıq qurub.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlərə açıqlamasında deyib.

“Bugünkü görüşləri keçirməkdən məmnun olduq. Bir çox sahələrdə güclü, səmərəli tərəfdaşlığımız var. Müzakirələrimizin əksəriyyəti regiondakı vəziyyətə həsr olunub. Biz Prezident İlham Əliyevlə bir neçə konkret məsələni, o cümlədən regiondakı vəziyyəti müzakirə etdik”, - o bildirib.