29 iyun 2024 13:35
236

Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini cənab Çaba Hende ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanaraq bütün sahələrdə olduğu  kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.

Tərəflər, həmçinin ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.