12 fevral 2016 14:56
598

“Mədəniyyətin növü – yol hərəkəti qaydaları”

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) baş ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş “Mədəniyyətin növü – yol hərəkəti qaydaları” adlı layihənin təqdimat mərasimi keçirilib.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan YAP GB ofisinin təşkilati işlər üzrə koordinatoru Elmar Məmmədov layihə haqqında fikirlərini bölüşüb. O, mövzunun gənclər üçün maraqlı olduğunu vurğulayıb və layihənin aktuallığını qeyd edib.

Sonra Sənan Məmmədli rəhbəri olduğu layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi yol hərəkəti qaydalarının öyrədilməsi, səlis və dəqiq şəkildə insanlara çatdırmaq, öyrətmək və müəyyən məsələləri aydınlaşdırmaqdan ibarətdir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat tikintisi və yol hərətinin təşkili kafedrasının baş müəllimi Rəşad Allahverdiyev çıxış edərək layihə haqqında fikirlərini bölüşüb. O, yol hərəkəti qaydaları və bu sahədə qeydə alınan statistika ilə bağlı məlumat verib.

Tədbirdə layihədə iştirak edən gənclərin sualları cavablandırılıb.