02 iyul 2024 12:20
382

Məşhur aktyor vəfat etdi

Amerikalı aktyor Martin Mall vəfat edib.

“İki sahil” xəbər verir ki, aktyor 80 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, aktyor ailəsində dünyaya gələn Martin karyerasına müğənni kimi başlayıb. 2016-cı ildə "Veep" serialının beşinci mövsümündə canlandırdığı obrazına görə "Emmi"yə layiq görülüb. 

O, həm də məşhur cizgi seriallarını səsləndirməklə tanınıb.