AZAL aviabiletlərin alınması zamanı tətbiq olunan yeni tariflər barədə məlumat yayıb
“Azərbaycan Hava Yolları” (AZAL) QSC aviabiletlərin alınması zamanı tətbiq olunan yeni tariflər barədə məlumat yayıb.
AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, AZAL rəsmi saytından və rəsmi agentliklərdən aviabiletin alınması zamanı tətbiq olunan yeni tariflər barədə infoqrafikada məlumat yayıb.
Aviaşirkət sərnişinlərə uyğun olan tarifi seçib, səyahətlərini öncədən planlaşdırmağı məsləhət görür.